Dövlət Gömrük Komitəsindən
Azvision.az-a verilən xəbər görə, rentgen aparatından keçərkən S.Kərimovun əl yükünün içərisində rəngli fonda cizgilər müşahidə edilib. Yoxlama zamanı vətəndaşa məxsus 6 ədəd paketdə əvvəlcədən gömrük nəzarətinə bəyan olunmamış 15 ədəd "Samsung" markalı mobil telefon, 22 ədəd "Samsung" markalı mobil telefon üçün qulaqlıq, 18 ədəd üzərində "Samsung" yazılmış enerji yükləyicinin başlığı, 17 ədəd "USB" kabeli və mobil telefon üçün 72 ədəd aksessuar (telefon saxlamaq üçün dayaq) aşkar edilib.
F.Məmmədovanın əl yükündən isə gömrük nəzarətindən gizlədilib, aksiz markası olmayan 4 200 ədəd "Cavallo" adlı siqaretlər aşkarlanıb.
Azvision.az