Vərəmə yoluxan 1055 məhbus müalicəyə cəlb olunub

  06 Noyabr 2018    Oxunub : 627
 Vərəmə yoluxan 1055 məhbus müalicəyə cəlb olunub
“Penitensiar müəssisələrdə indiyə qədər 1055 dərmanlara davamlı vərəm xəstəsi müalicəyə cəlb olunub”.
Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin vərəm üzrə baş inspektoru Famil Məmmədov deyib. Onun sözlərinə görə, müalicəsi başa çatmış xəstələr arasında uğurlu nəticə göstərənlər 80 faiz olub .

“Hazırda dərmanlara davamlı 98 xəstənin müalicəsi davam etdirilir. Onlardan 69 nəfəri ixtisaslamış müalicə müəssisələrində, 29 nəfəri isə mülki sektordadır. 2017-ci ilin may ayında etibarən pre-GDD və GDD formalı vərəmli xəstələrin müalicə sxemlərində yeni dərman preparatları (Bdq, Dlm, Lzd, Cfz, imp və Amx/Clv) tətbiq edilir. Bu müddətdə 28 xəstəyə müalicə kursunun əvvəlindən yeni preparatlar təyin olunub. 39 xəstənin mövcud müalicə sxeminə sonradan yeni preparatlar (Lzd, Cfz) əlavə edilib”.

F.Məmmədov qeyd edib ki, yeni preparatlar qəbul edənlərin 21 faizi İİV, 45 faizi HCV, 3 faizi HBV, 6 faizi isə şəkərli dibaet xəstəsidir.

“Penitensiar müəssisələrdə vərəm sahəsində əldə etdiyimiz uğurlar ÜST tərəfindən digər ölkələrə nümunəvi təcrübə kimi göstərilir. Hazırda həm dərmanlara həssas vərəm, həm də dərmanlara davamlı vərəmlərə qarşı uğurlu müalicə göstəriciləri yüksək həddədir”.

Azvision.az

Teqlər: