Ermənistanın Müdafiə Nazirliyi ilə heç bir əlaqə mövcud deyil - Rəsmi

 Ermənistanın Müdafiə Nazirliyi ilə heç bir əlaqə mövcud deyil -  Rəsmi
  06 Noyabr 2018    Oxunub:2637
Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən xəbərdə qeyd olunub ki, Düşənbədəki danışıqlara əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib: "Amma bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil".

Qeyd edək ki, Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayan noyabrın 6-da bildirib ki, Azərbaycanla Ermənistanın Müdafiə nazirlikləri arasında əlaqə yaradılıb.

Azvision.az


Teqlər: MN  





Xəbər lenti