"Ayrılacaq 224 milyon rezerv vəsaitdir" - Dövlət Agentliyi

 "Ayrılacaq 224 milyon rezerv vəsaitdir" -   Dövlət Agentliyi
  06 Noyabr 2018    Oxunub:1128
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi gələn ilin dövlət büdcəsindən ayrılacaq 224 milyon manata aydınlıq gətirib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Agentlik tərəfindən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı Yol Xəritəsi hazırlanıb. Hazırda Yol Xəritəsi müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir.

“Növbəti ildə Yol Xəritəsində dövlət tibb müəssisələrinin icbari tibbi sığortanın prinsiplərinə əsasən hazırlanması və səhiyyə sisteminin icbari tibbi sığortaya tam inteqrasiyası nəzərdə tutulub. Yol Xəritəsində maliyyə dayanıqlığının təmin edilməsi üçün icbari tibbi sığortanın müxtəlif mənbələrdən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu maliyyə mənbələrinə dövlət büdcəsi, əhalidən toplanan sığorta haqları və alternativ maliyyə mənbələri aiddir.

Növbəti il üçün dövlət büdcəsində icbari tibbi sığorta üçün nəzərdə tutulan vəsait alternativ maliyyə mənbələrinə aiddir və yol xəritəsinin tələblərindən irəli gələn məsələlərin icrası üçün rezerv (ehtiyat) vəsaitdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Tibbi-Sığorta   Maliyyə  





Xəbər lenti