Azərbaycanda yeni agentlik yaradılır

 Azərbaycanda yeni agentlik yaradılır
  06 Noyabr 2018    Oxunub:2263
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” MMC-nin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılır.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 6 noyabr tarixli “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında” fərmanında bildirilib.

Fərmanda qeyd edilib ki, agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiyayönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək nazirliyin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Yüksək Texnologiyalar Parkı” MMC öz fəaliyyətlərini davam etdirəcək.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Fərman  





Xəbər lenti