AQTA-nın kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI

AQTA-nın kollegiyasının tərkibi təsdiqlənib -  SİYAHI
  06 Noyabr 2018    Oxunub:3772
Prezident İlham Əliyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, AQTA-nın kollegiyasının 11 nəfərdən ibarət tərkibi təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri

Kollegiyanın üzvləri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbəri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhəri üzrə 1 saylı Regional Bölməsinin rəisi

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının Qida təhlükəsizliyi şöbəsinin müdiri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının İdxal və ixraca nəzarət şöbəsinin müdiri.

Azvision.az


Teqlər: AQTA   İlham-Əliyev   Prezident  





Xəbər lenti