Statistika Komitəsinin kollegiyasının tərkibi dəyişdi

Statistika Komitəsinin kollegiyasının tərkibi dəyişdi
  07 Noyabr 2018    Oxunub:1321
Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi haqqında qərarda dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi dəyişdirilib. Kollegiyanın üzvü Məmmədov Xəqani Telman oğlunun əvəzinə Nuriyev Mübariz Əsgər oğlu təsdiq edilib.

Digər qərarla, Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibi təsdiq edilib. Belə ki, Vergilər Nazirliyinin Departament rəsmisi Statistika Şurasının üzvlüyündən çıxarılıb. Şuranın üzvü Cəbrayıl Fərid Zəbiyulla oğlunun (Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin baş direktorunun müavini) əvəzinə Rəhimli Elşən Moqif oğlu (Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktorunun müavini) üzvlüyə təsdiq edilib.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti