Sahibsiz itlərin öldürülməsinə nazirliyin münasibəti

Sahibsiz itlərin öldürülməsinə nazirliyin münasibəti
  07 Noyabr 2018    Oxunub:1205
Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir.
Nazirlikdən Azvision.az-a verilən məlumata görə, qurum sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayır və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparır.

Qeyd edilib ki, son illər sahibsiz itlərin sayının tənzimlənməsi və mühafizəsi istiqamətində təqdir olunacaq addımlar atılıb, sığınacaqlar yaradılıb.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti