Dövlət Miqrasiya Xidmətində uşaqlarla görüş - FOTOLAR

 Dövlət Miqrasiya Xidmətində uşaqlarla görüş -  FOTOLAR
  07 Noyabr 2018    Oxunub:1866
Dövlət Miqrasiya Xidmətində 20 noyabr “Ümumdünya uşaq hüquqları günü” ilə əlaqədar 20 oktyabr – 20 noyabr tarixlərində elan olunan “Uşaq Hüquqları aylığı” çərçivəsində Azərbaycanda qaçqın statusu almış və qaçqın statusu almaq üçün müraciət edən ailələrdə böyüyən uşaqların iştirakı ilə tədbir keçirilib.
Xidmətdən Azvision.az-a verilən xəbərə görə, tədbiri DMX-nın Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova açaraq uşaqlara günün mahiyyəti ilə bağlı məlumat verib. Bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı mütərəqqi addımlar, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı nəinki Azərbaycan, hətta ölkəmizdə yaşayan əcnəbi uşaqların da taleyində əhəmiyyətli rol oynayır.



Qeyd edilib ki, əcnəbi uşaqların yerli şəraitə uyğunlaşdırılmaları, onların təhsilləri, asudə vaxtlarının səmərəli təşkili, hüquqlarının həyata keçirilməsinin daha da yaxşılaşdırılması ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər hər zaman diqqət mərkəzindədir.



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Turan Cahangirova insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.



Azvision.az


Teqlər: DMX   Əcnəbi   Uşaq  





Xəbər lenti