Həbsdəki xalası oğluna narkotik gətirən şəxs saxlanılıb

Həbsdəki xalası oğluna narkotik gətirən şəxs saxlanılıb
  07 Noyabr 2018    Oxunub:1126
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında psixotrop və narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Azvision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələrinə əsasən 1 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rzayev Mürvət Fətulla oğlunun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Sumqayıt şəhəri, Köhnə Corat qəsəbə sakini Sənan Tasim oğlu Abdullayevin üzərinə baxış keçirilən zaman ayağında olan bint sarğısının içərisində xüsusi üsulla gizlədilmiş bükümdən çəkisi 0,050 qram psixotrop preparat - metamfetamin, 0,831 qram heroin və 1,726 qram tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Penitensiar-xidmət  





Xəbər lenti