Gələn il maaş və pensiyalar artırılacaq

 Gələn il maaş və pensiyalar artırılacaq
  07 Noyabr 2018    Oxunub:7518
"Cari ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması qərarı verilib”
Azvision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur. Bu da 2019-cu ilin dövlət büdcəsində öz əksini tapıb.

S.Şərifovun sözlərinə görə, eyni zamanda pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayrılması nəzərdə tutulub.

Anar Kəbliyev
Azvision.az


Teqlər: Maaş   Pensiya   Samir-Şərifov  





Xəbər lenti