ABŞ-da ilk dəfə: Konqresə iki müsəlman qadın seçildi

  07 Noyabr 2018    Oxunub : 2350
ABŞ-da ilk dəfə: Konqresə iki müsəlman qadın seçildi
ABŞ-da keçirilən aralıq seçkilərdə ilk dəfə olaraq iki müsəlman qadın Nümayəndələr Palatasına üzv seçilib.
AzVision.az xəbər verir ki, Miçiqan və Minnesota ştatlarından seçkiyə qatılan Fələstin əsilli Rəşidə Tlabi və Somali əsilli İlhan Omar seçkilərdə qələbə qazanıblar.

Hər iki müsəlman qadın Nümayəndələr Palatasında Demokratlar partiyasını təmsil edəcək. Somali əsilli İlhan Omar Palataya seçilən ilk hicablı qadın kimi tarixə düşüb.

Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərdə prezident Donald Trampın təmsil olunduğu Respublikaçılar Partiyası qalib gəlib. Respbulikaçılar Konqressin Yuxarı Palatasında (Senat) 50 yer, demokratlar isə 41 yer qazanıb. Konqressin Aşağı Palatasına (Nümayəndələr Palatası) keçirilən seçkilərdə isə Demokratlar Partiyası 238, Respublikaçılar Partiyası isə 197 mandat əldə edib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: ABŞ   Seçki