“Qüdrət Şükürovun hamamı hərraca qoyulsun!” - Fəzail Ağamalı

 “Qüdrət Şükürovun hamamı hərraca qoyulsun!” -  Fəzail Ağamalı
  07 Noyabr 2018    Oxunub:2128
“Mətbuatda oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin keçmiş direktoru Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Olmazmı ki, hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Fəzail Ağamalı deyib.

O, bildirib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanaləri, bahalı avtomobilləri ilə bağlı məlumatlar yayılır: “Buna nəzarət etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Fəzail-Ağamalı  





Xəbər lenti