“Seçkilərin nəticəsi Trampa zərbədir” - Rəsmi Tokio

 “Seçkilərin nəticəsi Trampa zərbədir”  -  Rəsmi Tokio
  07 Noyabr 2018    Oxunub:2978
"ABŞ-da Konqresə keçirilən aralıq seçkilərin nəticəsi prezident Donald Trampa zərbədir və bu, onun gələcək siyasətinə təsir edə bilər"

Azvision.az xəbər verir ki, bu barədə NHK telekanalına Yaponiya Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsi deyib.
“Şübhə yoxdur ki, Konqresin Nümayəndələr Palatasında yerlərin itirilməsi prezident Trampa zərbədir. Lakin nəticələrin belə olması fonunda Trampın öz siyasətində proteksionist tendensiyanı gücləndirəcəyi, yaxud əksinə, daha mülayim kurs yeridəcəyini demək hələ ki çətindir. İstənilən halda, bunlar Yaponiya-ABŞ münasibətlərinin möhkəmliyinə təsir etməyəcək”, – XİN rəsmisi bildirib.

Xatırladaq ki, ötən gün ABŞ Konqresinə keçirilən aralıq seçkilərdə Nümayəndələr Palatasında 238 yer qazanan demokratlar 8 ildən sonra ilk dəfə respublikaçıları məğlub ediblər. Respublikaçılar isə 197 mandata sahibləniblər. Konqresin yuxarı palatası olan Senatda isə əksinə, 50 mandatla respublikaçılar 41 yer əldə edən demokratları üstələyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Konqress   Yaponiya   ABŞ  





Xəbər lenti