“Ana südü mətbəxləri yaradılmalıdır” - Ombudsmanın təklifi

“Ana südü mətbəxləri yaradılmalıdır” -  Ombudsmanın təklifi
  07 Noyabr 2018    Oxunub:1727
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə ana südü mətbəxlərinin yaradılmasını təklif edib.
Azvision.az xəbər verir ki, ombudsman belə bir təkliflə Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı çıxış edib. O, qeyd edib ki, hazırda ölkəmizdə aktual məsələlərdən biri də milli genefondun, ailə sağlamlığının qorunmasıdır:

“Körpələrin, erkən yaşda uşaqların ana südü ilə qidalanması üçün bunun səmərəli təşkilinə nail olmalıyıq. Ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Ona görə də ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Ombudsman  





Xəbər lenti