Faktiki hava şəraiti açıqlanıb

Faktiki hava şəraiti açıqlanıb
  07 Noyabr 2018    Oxunub:1255
Noyabrın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 6-dan 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasında isə güclü olub.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 28-78, Böyük Qafqazda 1-21, Naxçıvan MR-da 2-8, Qazax-Gəncə zonasında 1-7, Mərkəzi-Aran rayonlarında 1-6, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 10, Bakıda 6, Zabratda 0.2 mm təşkil edib.

Azvision.az



Teqlər: ETSN   Hava  





Xəbər lenti