“Xərçəng xəstəliyi niyə artır?” - Deputat məsələ qaldırdı

 “Xərçəng xəstəliyi niyə artır?” -  Deputat məsələ qaldırdı
  07 Noyabr 2018    Oxunub:2253
“Xərçəng xəstəliyi 2017-ci illə müqayisədə 3,7 dəfə artıb. Araşdırılmalıdır ki, bu xəstəlik niyə artıb? Bu qida ilə, yoxsa ölkədə radiasiya fonun dəyişməsi ilə bağlıdır? Qrip deyil ki, birdən-birə bu qədər yayılsın”
Azvision.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib. Onun fikrincə, ya ölkəyə elə qidalar gəlir ki, xəstəliyin artımına səbəb olur, ya da ölkədə radiasiya fonu güclənib.

Q.Həsənquliyev əlavə edib ki, bu məqsədlə 16 dövlət proqramının maliyyələşdirilməsinə büdcədən 204 milyon manat vəsait ayrılıb: “İlk növbədə bu vəsaiti artırmaq lazımdır. Çünki bir kimyaterapiya üçün lazım olan ampulanın qiyməti təqribən 1000 dollardır. Bir kurs müalicəyə bunun 3 dənəsi lazımdır. Görün, buna nə qədər böyük vəsait tələb olunur”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Xərçəng   Xəstəlik  





Xəbər lenti