Deputatların maaşının artırılması təklif edildi

Deputatların maaşının artırılması təklif edildi
  07 Noyabr 2018    Oxunub:1750
"Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama əsasən mayın 1-dən deputatların əmək haqları artırılıb. Bu, müsbət addımdır. Bəzi dövlət qurumlarının tətbiq etdiyi cərimələrdən əldə olunan vəsaitin 25 faizi həmin qurumların əməkdaşlarının sosial müdafiəsinin inkişafına yönəldilir. O fikirlə razıyam ki, cərimələrdən toplanan vəsaitin 25 faizin verilməsi məsələsi ləğv edilsin, həmin vəsait büdcəyə köçürülsün”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Deputat təklif edib ki, əgər bu sistem tətbiq olunursa, o zaman həmin məbləğin 3 faizi deputatların əmək haqqına aid edilsin: “Milli Məclis dövlətin müstəqil qurumudur”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti