Azərbaycanlı gənc özünü 42-ci mərtəbədən atdı, sağ qaldı

Azərbaycanlı gənc özünü 42-ci mərtəbədən atdı,  sağ qaldı
  07 Noyabr 2018    Oxunub:4019
Türkiyənin Konya şəhərində 23 yaşlı azərbaycanlı gənc intihara cəhd edib.
AzVision.az DHA-ya istinadən xəbər verir ki, 42 mərtəbəli plazanın terrasından özünü aşağı atan Tehran Alimov yaxınlıqdakı ticarət mərkəzlərindən birinin damına düşüb.

Şəhərin ən hündür binasından özünü atan gəncin vücudunda çoxsaylı qırıqların olduğu təsbit edilib. O, hazırda reanimasiyadadır.

Məlumatda bildirilib ki, hələlik azərbacanlı gəncin ailəsi və yaxınları ilə əlaqə yaratmaq mümkün olmayıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Konya   İntihar  





Xəbər lenti