“İş adamlarını, məmurları yersiz yerə təhqir edirlər” - Əflatun Amaşov

“İş adamlarını, məmurları yersiz yerə təhqir edirlər” -  Əflatun Amaşov
  07 Noyabr 2018    Oxunub:1529
“Dəfərlərlə Milli Məclisin iclaslarında onlayn media ilə bağlı fikirlərimi səsləndirmişəm. Hazırda vəziyyət o yerdədir ki, reklam yoxdur. Bundan istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edirlər, böhtan atırlar”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

O qeyd edib ki, onlayn mediaya dövlət büdcəsindən maliyyə ayrılmalıdır: “Bu, reklam bazarı formalaşdırılana qədər olmalıdır. Təklif edirəm ki, onlayn mediaya 1 milyon manat ayrılsın. Bu da büdcə üçün elə də böyük rəqəm deyil”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Əflatun-Amaşov   Milli-Məclis  





Xəbər lenti