Ölkə üzrə ezamiyyə xərcləri artırılır

  07 Noyabr 2018    Oxunub : 393
Ölkə üzrə ezamiyyə xərcləri artırılır
“Ölkə üzrə ezamiyyə xərclərinin artırılması nəzərdə tutulur. Bu məsələyə vaxtaşırı baxılır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, Milli Məclisin İşlər İdarəsi tərəfindən Maliyyə Nazirliyinə müvafiq dəqiqləşmələr üçün məlumatlar təqdim olunub: “Biz bunları nəzərdən keçiririk”.

Qeyd edək ki, deputat Fəzail Ağamalı Milli Məclisə ayrılan ezamiyyə xərclərinin çox az olduğunu deyib.

“Bunun az olması ucbatından Milli Məclis beynəlxalq, regional, parlamnetlərarası fəaliyyətdə xeyli məhdudlaşdırmalara məcbur olur. Dəfələrlə biz bunun şahidi olmuşuq ki, maliyyə xərclərinin az olmasına görə bizim beynəlxalq təşkilatlarda ayrı-ayrı dövlətlərlə aparmış olduğumuz parlament münasibətlərində kifayət qədər problemlərimiz ortaya çıxır. Ona görə də çox xahiş edərdim ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri artırılsın”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Maliyyə-Nazirliyi