“Deyirlər ki, bizə də 11 min manat verilsin”

 “Deyirlər ki, bizə də 11 min manat verilsin”
  07 Noyabr 2018    Oxunub:2449
"1997-ci ilin avqustuna qədər, həmin dövrdə mövcud olan valyuta və inflyasiya ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinə 25 min, 50 min, 100 min, 200 min rubl ödəniş edilib".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Sığorta Kommersiya Təşkilatının İdarə Heyətinin sədr müavini Aftandil Hacıyev deyib. Onun sözlərinə görə, həmin dövrdə aldığı məbləğin azlığından şikayət edənlər var.

"Deyirlər ki, onlara da 11 min manatlıq ödəniş şamil edilsin. Bəzi vətəndaşlar müraciət edir ki, "biz hara imza atıb, pulu götürmüşük". Yerlərdə şöbələrimizdən imza ilə pul alınmayıb, banklardan götürülüb".



Aytən Zəhra
Azvision.az


Teqlər: Sığorta   Pul  





Xəbər lenti