Fransada çökən binaların altından 6 cəsəd tapılıb - VİDEO

Fransada çökən binaların altından 6 cəsəd tapılıb -  VİDEO
  07 Noyabr 2018    Oxunub:2998
Fransanın Marsel şəhərində qəzalı vəziyyətdə olduğuna görə çökən 2 binanın dağıntıları altından 6 nəfərin cəsədi çıxarılıb.
Azvision.az “Reuters”ə istinadən bildirir ki, bu barədə Fransanın dövlət prokuroru məlumat verib. Bildirilib ki, fövqəladə xidmət əməkdaşları dağıntıların altından 4 kişi və iki qadının cəsədini tapıblar. Fransa rəsmiləri dağıntılar altında daha iki nəfərin qaldığını istisna etmirlər.

Qeyd edək ki, bazar ertəsi Marseldəki təmirə ehtiyacı olan 2 köhnə bina tamamilə çöküb. Qəzalı vəziyyətdə olan binaların sakinlərinin əvvəlcədən başqa yaşayış yerlərinə köçürüldüyü bildirilsə də, evsiz adamların orada sığınması dağıntıların itkilərlə nəticələnməsinə səbəb olub.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Fransa  





Xəbər lenti