“Ərizə yazan vərəsələrin 200-dən çoxu vaxtilə ödəniş alıb” - Açıqlama

“Ərizə yazan vərəsələrin 200-dən çoxu vaxtilə ödəniş alıb” -  Açıqlama
  07 Noyabr 2018    Oxunub:1424
"Vaxtilə sığorta ödənişi alan şəhid hərbi qulluqçuların vərəsələri tərəfindən 200-dən çox ərizə daxil olub. Onların arasında kollektiv formada və ya fərdi qaydada ərizələr də var"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Sığorta Kommersiya Təşkilatının İdarə heyətinin sədr müavini Aftandil Hacıyev deyib. O, bildirib ki, daxil olan şikayətlərin 20-30 faizi araşdırılıb.

"99 nəfər ərizə yazıb ki, biz şəhidlərin pulunu almamışıq. Amma onlar heç ad yazmayıb və hansı şəhidin yaxını olduğunu qeyd etməyiblər. Sadəcə nömrə qoyublar. Biz onların hər biri ilə əlaqə saxlamışıq. Gələn hər bir şikayət araşdırılır. Digərlərinə isə aidiyyatı qurumlardan sənəd alındıqdan sonra cavab veriləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Vərəsə   Hərbçi  





Xəbər lenti