Qubadlı yolunda 4 erməni hərbçi öldü, yaralılar var (Yenilənib)

Qubadlı yolunda 4 erməni hərbçi öldü,  yaralılar var (Yenilənib)
  07 Noyabr 2018    Oxunub:6510
Erməni hərbçiləri daşıyan yük maşınının qəzaya düşməsi nəticəsində ölənlərin sayı 5-ə çata bilər.
Azvision.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan qəzanın təfərrüatları ilə bağlı mətbuata açıqlamasında yük maşınında ümumilikdə 21 hərbçinin olduğunu deyib.

Onun sözlərinə görə, ölənlərdən savayı, 8 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan birinin vəziyyəti isə ağırdır.

“Yaralı hərbçilərin bir hissəsi Gorusdakı xəstəxanaya, digərləri isə Sisiana aparılıb. İlkin ehtimala görə, yaralılardan birində ciddi sınıqlar var.”

****

Ermənistanın Sünik əyalətinin Gorus şəhərində Müdafiə Nazirliyinə məxsus hərbi yük avtomobilinin qəzaya düşməsi nəticəsində 4 erməni hərbçi ölüb, bir neçə nəfər isə yaralanıb.

Azvision.az "Shamshyan.com"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan məlumat yayıb. Onun sözlərinə görə, qəza Gorus-Qubadlı yolunun 39-cu kilometrliyində baş verib.

Qeyd olunub ki, yol qəzası nəticəsində ölən erməni hərbçilər Ayrapet Nairyan, Qrant Qasparyan, Edqar Unanyan və David Melkonyandır. Onların hər biri 1998-ci il təvəllüdlüdür.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti