Miqrasiya Xidmətinə oktyabrda 7906 zəng daxil olub

Miqrasiya Xidmətinə oktyabrda 7906 zəng daxil olub
  07 Noyabr 2018    Oxunub:1075
Oktyabrda Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 - Çağrı Mərkəzinə 7906 zəng daxil olub.
DMX-dən Azvision.az-a bildiriblər ki, onlardan 7087-si Azərbaycan, 738-i rus, 81-i isə ingilis dillərində cavablandırılıb. Bundan başqa, daxil olan 62 zəng sifarişi ilə əks-əlaqə yaradılıb və suallar qanunvericiliyə müvafiq qaydada cavablandırılıb.

Zənglərlə edilən müraciətlərdən 593-ü daimi, 2103-ü müvəqqəti yaşama, 441-i iş icazələri ilə bağlı olub. Bundan başqa, zənglərdən 764-ü vətəndaşlıq, 419-u inzibati xəta, 647-si olduğu yer üzrə qeydiyyat, 2939-u isə digər məsələlərlə bağlı edilib.

Azvision.az


Teqlər: DMX   Çağrı-Mərkəzi  





Xəbər lenti