Hacıqabulda ödənişsiz hüquqi yardım göstəriləcək

Hacıqabulda ödənişsiz hüquqi yardım göstəriləcək
  07 Noyabr 2018    Oxunub:1210
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil olunması tövsiyə edilib.
Vəkillər Kollegiyasından Azvision.az-a bildiriblər ki, qeyd olunan tövsiyənin icrası ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində noyabrın 10-da bir qrup vəkil tərəfindən Hacıqabul rayonunda Heydər Əliyev Mərkəzində ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquq yardım göstərilməsi nəzərdə tutulub.

Bu kimi tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.

Azvision.az


Teqlər: Hacıqabul   Vəkil  





Xəbər lenti