Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb

Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
  07 Noyabr 2018    Oxunub:1241
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
XİN-dənAzvision.az-a verilən məlumata görə, Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Tərəflər Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq münasibətləri, o cümlədən ölkəmizlə Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə davam edən danışıqlara toxunublar.

Görüşdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Aİ tərəfindən həyata keçirilən etimad quruculuğu layihələri müzakirə edilib.

Tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərdən də danışıblar.

Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti