Bakının mərkəzində işıqforlar sıradan çıxdı - FOTO

  07 Noyabr 2018    Oxunub : 737
Bakının mərkəzində işıqforlar sıradan çıxdı - FOTO
Bakının mərkəzində işıqforların fəaliyyətində problem yaranıb.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az-a verilən məlumata görə, bir qədər əvvəl Bülbül və Ü. Hacıbəyov küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş berib. Qəza nəticəsində işıqfor dirəyi və idarəetmə qutusu zədələnib.



Bu səbəbdən hazırda S.Vurğun küçəsi ilə Z.Əliyeva və Ü.Hacıbəyov küçələri ilə kəsişməsində, Bülbül prospektinin Neftçilər prospekti, Xəqani, Z.Əliyeva və Ü.Hacıbəyov küçələri ilə kəsişməsində, S.Rüstəm və S.Bünyadov küçələrinin kəsişməsindəki işıqforların fəaliyyətində problem yaranıb. Hazırda işıqforların fəaliyyətinin bərpası üçün zəruri tədbirlər görülür.



BNA sürücülərdən nəqliyyat vasitəsini ehtiyatla, digər mövcud nişanların tələbinə riayət etməklə və ən əsası digər hərəkət iştirakçılarına qarşı anlayışla idarə etmələrini xahiş edir.

Azvision.az

Teqlər: BNA