“Hamımız diqqətli olmalıyıq” - Qurban Qurbanov

  07 Noyabr 2018    Oxunub : 5375
“Hamımız diqqətli olmalıyıq” - Qurban Qurbanov
"Sabah çətin vacib oyun olacaq. Çox istərdik ki, dördüncü oyunumuzda yaxşı nəticə əldə edək. Buna yaxşı oyunla nail olmaq istərdik. Çətin olacaq. Çünki “Vorskla” öz meydanında çox güclü oynayır"
Azvision.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

"Futbolçuları maksimum dərəcədə matça hazırlamışıq. İnanıram ki, uşaqlar sabah bütün gücləri ilə mübarizə aparacaqlar. Oyunun gedişində hamımız diqqətli olmalıyıq. Matçın gedişində bir çox dəyişikliklər ola bilər. Buna hazırlıqlı olmalıyıq", - deyə Ağdam klubunun məşqçisi vurğulayıb.

Qeyd edək ki, “Vorskla” - “Qarabağ” görüşü noyabrın 8-də keçiriləcək.

Azvision.az

Teqlər: Qurban-Qurbanov