Bostonda Azərbaycanın Dövlət Bayrağı Günü təntənəsi

Bostonda Azərbaycanın Dövlət Bayrağı Günü təntənəsi
  08 Noyabr 2018    Oxunub:2596
ABŞ-ın ən böyük və tarixi şəhərlərindən olan və Amerikanın təhsil mərkəzlərindən biri kimi tanınan Boston şəhərinin "Downtown Boston Hilton" hotelində Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Azvision.az-a verilən məlumata görə, Amerikanın Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək, hazırki bayraq tədbirinin ADR-in 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər çərçivəsində növbəti tədbir olduğunu qeyd edib, tədbirin təşkilinə görə yerli Azərbaycan icmasına təşəkkürünü bildirib.



Müsəlman şərqində ilk demokratik respublika - Azərbaycan Demokratik Respublikasının mirası olan bayrağın 100 il öncə cümhuriyyət qurucuları tərəfindən ucaldılmasından bəhs edən səfir Süleymanov, Azərbaycanın müstəqillik qazanmasından sonra bir daha onun ölkəmizin rəmzinə çevrilməsini qeyd edib. Səfir çıxışında Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində Prezident İlham Əliyev tərəfindən atılan məqsədyönlü addımları xüsusi vurğulayıb. Hazırda Bostonda keçirilən ABŞ-Xəzər İnnovasiya Forumuna diqqət çəkən səfir bu forumun Prezident İlham Əliyevin innovasiya siyasətinin uğuru olduğunu qeyd edib və bu günlərdə İnnovasiya Agentliyinin təsis edilməsinin onun innovasiya sahəsinin inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.



Daha sonra Azərbaycan Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli çıxış edərək, Azərbaycanda innovativ texnologiyaların inkişafı üçün atılan addımlar, startap ekosisteminin inkişafı üzrə görülən işlər, aparılan islahatlar barəsində danışıb.

Bostonda yaşayan Azərbaycan icmasının nümayəndəsi Mirkamran Abdullayev çıxış edərək Dövlət Bayrağı gününün hər bir azərbaycanlı üçün önəmindən bəhs edib.

Qeyd etmək lazımdir ki, eyni gündə Azərbaycandan səfər etmiş geniştərkibli nümayəndə heyətinin iştirakı ilə birinci ABŞ-XƏZƏR İnnovasiya Forumu keçirilib.

Azvision.az


Teqlər: ABŞ   Boston  





Xəbər lenti