160 nömrəli marşrutun avtobusları dəyişdi - FOTO

  08 Noyabr 2018    Oxunub : 460
160 nömrəli marşrutun avtobusları dəyişdi - FOTO
Paytaxtda 160 nömrəli marşrut xətti üzrə yeni avtobuslar xidmət göstərəcək.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az-a verilən məlumata görə, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

10.11.2018 tarixindən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.







Azvision.az

Teqlər: BNA