Bu gün bəzi yerlərdə işıq olmayacaq

  08 Noyabr 2018    Oxunub : 407
Bu gün bəzi yerlərdə işıq olmayacaq
Abşeron rayonunun Saray, Yeni Saray və Ceyranbatan qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Azərişıq” ASC-dən Azvision.az-a verilən məlumata görə, Abşeron rayonu ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq bu gün saat 12.30-dan 14.30-a qədər məhdudiyyət tətbiq ediləcək.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.


Teqlər: Azərişıq