Tacikistan həbsxanasında qiyam – 13 ölü

  08 Noyabr 2018    Oxunub : 1944
Tacikistan həbsxanasında qiyam – 13 ölü
Tacikistanın şimalındakı Hocand şəhərində yerləşən ciddi rejimli həbsxanada baş verən silahlı qiyam nəticəsində azı 13 məhkum öldürülüb.

Azvision.az “Euronews”a istinadən xəbər verir ki, İŞİD üzvü olan məhkum mühafizəçinin silahını ələ keçirərək atəş açmağa başlayıb.
Onun başlatdığı qiyama digər məhkumlar da qoşulub və qısa müddətdə həbsxana korpuslarından birinə nəzarəti ələ keçiriblər. Lakin həbsxanaya göndərilən xüsusi təyinatlılar məhkumların qiyamını yatıra bilib. Hadisə nəticəsində 13 məhkum həyatını itirib.

Hazırda həbsxanadakı qiyamın səbəblərini araşdırmaq üçün xüsusi istintaq qrupu işləyir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Tacikistan