Amaliya Pənahova sabah dəfn olunacaq

  08 Noyabr 2018    Oxunub : 1247
Amaliya Pənahova sabah dəfn olunacaq
Sabah Azərbaycanın Xalq artisti, teatr və kino aktrisası Amaliya Pənahova ilə vida mərasimi olacaq.
Bu barədə Azvision.az-a Əməkdar artist Hüsniyyə Mürvətova məlumat verib.

Onun sözlərinə görə, rəsmi vida mərasimi saat 11:00-də Akademik Milli Dram Teatrında keçiriləcək: "Teatrın kollektivi aktrisa ilə bu gün Təzə Pir məscidində vidalaşsa da, rəsmi tədbir sabah baş tutacaq".

Aktrisa vurğulayıb ki, A.Pənahovanın harada dəfn olunacağı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, Xalq artisti A.Pənahova bu gün 73 yaşında dünyasını dəyişib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Amaliya-Pənahova