Əlillərə verilən müavinət artırılacaq
Nazir müavini qeyd edib ki, pensiya haqlarında 6.3 faiz artım nəzərdə tutulur: “Yaşa görə pensiyanın məbləği isə daha çox aratacaq. Bu da orta hesabla 273 manat olacaq”.
İ.İsayev bildirib ki, əlillər daim diqqət mərkəzindədir: “Pensiya sistemi sığorta prinsiplərinə əsaslanır. Əlillər pensiya ilə yanaşı, sosial müavinət də alırlar. Növbəti ildə əlillərə verilən sosial müavinətin artırılması ilə bağlı tədbirlər həyata keçiriləcək. Həmin müavinətin məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitlərin artırılması ilə bağlı ciddi tədbirlər həyata keçirəcəyik”.
Anar Kəlbiyev
Azvision.az