Direktor olmaq istəyənlərin nəzərinə: 1 gün qaldı

Direktor olmaq istəyənlərin nəzərinə:  1 gün qaldı
  08 Noyabr 2018    Oxunub:9832
Direktor vəzifəsinə işə qəbul üzrə noyabrın 5-dən başlayan qeydiyyat davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az-a verilən məlumata görə, dövlət ümumtəhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş qaydada miq.edu.az saytında elektron qeydiyyatdan keçməklə müsabiqə yolu ilə təşkil olunur.

Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsilli, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumtəhsil müəssisələrində çalışan şəxslər iştirak edə bilərlər.

Məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yerin çıxarılması nəzərdə tutulur. Elektron sənəd qəbulu noyabrın 9-da başa çatacaq.

Azvision.az



Teqlər: Direktor  





Xəbər lenti