“Döyüşdə iştirak etməyib, amma əlillik vəsiqəsi var”

 “Döyüşdə iştirak etməyib, amma əlillik vəsiqəsi var”
  08 Noyabr 2018    Oxunub:2134
“Qarabağ müharibəsinin nə qədər veteranı var? Axı müharibədə bu qədər adam iştirak etməyib. Elələri var ki, bir dəfə də döyüşdə iştirak etməyib, amma əlillik vəsiqəsi var. Ona görə də bu sahədə islahatlar aparılmalıdır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Yaqub Mahmudov deyib.

“Bu millətin nə qədər əlili, ələbaxımlısı var? Millət işləməyə vərdiş etməlidir. İndi də bir tendensiya yaranıb, hamı haradansa nəsə qoparmaq istəyir. Bu, millət üçün fəlakətdir. Tutaq ki, bir şəxsin ayağı yoxdursa, ona əlillik təyin etmək doğrudur. Söhbət saxta vasitələrlə əlilliyə çıxanlardan gedir. Bu qədər əlilin, Qarabağ müharibəsi veteranının olması cəmiyyətdə şübhə doğurur”, - deyə deputat əlavə edib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Yaqub-Mahmudov  





Xəbər lenti