“Nazirlikdə heç bir ixtisar aparılmayacaq” - İdris İsayev

“Nazirlikdə heç bir ixtisar aparılmayacaq” -  İdris İsayev
  08 Noyabr 2018    Oxunub:1869
“Minimum əmək haqları artırılmalıdır. Həm əhalinin gəlirlərində, həm də ümumdaxili məhsulda əmək haqqının xüsusi çəkisi çox aşağıdır. Biz bunu əhəmiyyətli dərəcədə artırmalıyıq. Bu, aktual məsələdir”
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində heç bir ixtisar olmayacaq: “Yeni qurumlar yaradılıb. Cəmiyyətdə belə fikir vardı ki, nazirlikdə ixtisarlar aparılacaq. İxtisar olmasa da, optimallaşma aparılacaq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti