İrandan gələn narkotik qaçaqmalçısı tutuldu - FOTO

İrandan gələn narkotik qaçaqmalçısı tutuldu -  FOTO
  08 Noyabr 2018    Oxunub:1506
Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Azvision.az DSX-ya istinadən xəbər verir ki, 2018-ci ilin 6 noyabr tarixində saat 18:00 radələrində Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasını etiraf edib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Azvision.az



Teqlər: DSX  





Xəbər lenti