Moskvada kütləvi dava - 7 erməni həbs olundu

  08 Noyabr 2018    Oxunub : 2122
 Moskvada kütləvi dava - 7 erməni həbs olundu
Rusiyanın paytaxtı Moskvanın Zelenoqrad inzibati dairəsində ermənilərin və dağıstanlıların iştirakı ilə kütləvi dava baş verib.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, minimum 15 nəfərin cəlb olunduğu davada soyuq silahlardan istifadə edilib.
Nəticədə 3 nəfər bıçaq yarası alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn Moskva polisi 8 nəfəri həbs edib. Onlardan 7-si ermənidir. Biri qız olmaqla daha 12 nəfər isə şahid qismində ifadəsi alınmaq üçün polis məntəqəsinə çağırılıb.

Zelenoqradda baş verən kütləvi dava ilə əlaqədar Rusiya Federal Təhlükəsizlik Xidmətinə də məlumat verilib, lazımi ölçülər götürülür.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Moskva   Rusiya