Avtobusda cibgirlik edən şəxslər saxlanılıb - FOTO

Avtobusda cibgirlik edən şəxslər saxlanılıb -  FOTO
  08 Noyabr 2018    Oxunub:1331
Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan və bununla da insanların pulunu, mobil telefonunu, eləcə də üzərlərində olan digər qiymətli əşyaları oğurlayan 2 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslər paytaxt sakinləri əvvəllər dəfələrlə məhkum olunmuşlar – Elnur Qurbanov və Elçin Əliyevdir.



Araşdırma zamanı müəyyən edilib ki, hər iki şəxs əsasən 81 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobuslarında insanların sıx olduğu saatlarda cibgirliklə məşğul olublar. Qeyd edilən faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



Polis əməkdaşları saxlanılan şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-nə müraciət edə bilərlər.

Azvision.az



Teqlər: DİN   Cibgir  





Xəbər lenti