Təhsil Nazirliyinə 9341 müraciət daxil olub

Təhsil Nazirliyinə 9341 müraciət daxil olub
  08 Noyabr 2018    Oxunub:1033
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) bu ilin oktyabr ayında daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən Azvision.az-a verilən məlumata görə, qeyd olunan ay ərzində həmin mərkəzlərə ümumilikdə 9 min 341 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 5 min 344 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 min 997 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 2 min 122 sənəd (854 ərizə, 1268 məktub) qəbul edilib və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının verilməsi və ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı məsələləri əhatə edib.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti