Dənizdə xilas edilən balıqçıların görüntüsü - VİDEO

Dənizdə xilas edilən balıqçıların görüntüsü -  VİDEO
  09 Noyabr 2018    Oxunub:3725
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndi yaxınlığında dənizdə (təxminən 15 km dənizin içinə doğru) 2 nəfərin taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olunb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən dərhal Nazirliyin aidiyyəti strukturları və digər dövlət qurumları məlumatlandırılıb.

İlk olaraq hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri çatıb. İçərisində 2 nəfərin olduğu qayıq xilasetmə qüvvələrinin müşayəti ilə sahilə gətirilib.



Azvision.az




Teqlər: FHN   Qayıq  





Xəbər lenti