Şirvanda ev yanıb, iki uşaq ölüb - Yenilənib

Şirvanda ev yanıb, iki uşaq ölüb -  Yenilənib
  09 Noyabr 2018    Oxunub:6480
Şirvan şəhərində evdə yanğın olub.
FHN-dən Azvision.az-a verilən məlumata əsasən, noyabrın 8-də saat 20:50 dəqiqədə Fövqəladə Hallar Nazirliyinə Şirvan şəhərində fərdi evdə yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 20:54-də hadisə yerinə çatıb. Yanğından mühafizə bölmələri hadisə yerinə çatanda evdə açıq alov müşahidə olunub.

Yanğın nəticəsində ümumi sahəsi 180 m² olan birmərtəbəli evin mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Əbilov Məhəmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheydər Ramil oğlunun meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğının səbəbi araşdırılır.

Azvision.az



Teqlər: Şirvan   Yanğın   Uşaq  





Xəbər lenti