ABŞ-da meşə yanğınları: Yüzlərlə ev kül oldu, ölənlər var

  09 Noyabr 2018    Oxunub : 1359
 ABŞ-da meşə yanğınları: Yüzlərlə ev kül oldu, ölənlər var
ABŞ-ın Kaliforniya ştatının şimalında meşə yanğınları nəticəsində yüzlərlə ev külə dönüb, bir neçə nəfər ölüb.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, xəsarət alanlar arasında yanğınsöndürənlər də var.
Qeyd edək ki, ötən gün axşam saatlarından başlayan yanğın 7 min hektardan çox ərazidə yayılıb. Regionda təxminən 50 min insan evakuasiya edilib.

Azvision.az

Teqlər: