Amaliya Pənahova ilə vida mərasimi - FOTOLAR (Yenilənib)

  09 Noyabr 2018    Oxunub : 5812
Amaliya Pənahova ilə vida mərasimi - FOTOLAR (Yenilənib)
Azərbaycanın Xalq artisti, sevilən aktrisa Amaliya Pənahova ilə vida mərasimi keçirilib.

Azvision.az xəbər verir ki, vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil olunub. Mərhumun ailə üzvləri, yaxınları, sənət yoldaşları, dövlət rəsmiləri mərasimdə iştirak ediblər.
Mərasimi giriş sözü ilə mədəniyyət naziri Əbülfəs Qarayev açıb. O, aktrisanın sənət xidmətlərindən danışıb, ölümünün Azərbaycan teatrına böyük itki olduğunu bildirib.

Daha sonra teatrın direktoru Azərpaşa Nemətov çıxış edib: "Amaliya Pənahova istər rejissor-aktrisa kimi, istərsə də millət vəkili kimi daima axtarışda olan yenilikçi insan idi. O, elə izlər qoyub ki, çətin unudulsun".

Qeyd edək ki, uzun müddət ağır xəstəlikdən əziyyət çəkən A.Pənahova ötən gün 73 yaşında dünyasını dəyişib.







































Mərhum Xalq artistinin keçdiyi həyat yolu ilə BURADAN tanış ola bilərsiniz.

Şahanə Rəhimli
FOTO: Şahin Sərdarov

Azvision.az

Teqlər: Amaliya-Pənahova