Trampın qərarı ABŞ-ı qarışdırdı, minlərlə insan etiraza qalxdı - FOTOLAR

Trampın qərarı ABŞ-ı qarışdırdı, minlərlə insan etiraza qalxdı -  FOTOLAR
  09 Noyabr 2018    Oxunub:2944
Amerikalılar prezident Donald Trampın müstəqil prokuror Robert Muellerin davam etdirdiyi “Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair” istintaqa icazə verməsi tələbilə küçələrə axışıblar.

AzVision.az xəbər verir ki, “heç kim hüquqdan üstün deyil” şüarı ilə bir çox ştatda keçirilən etiraz aksiyalarının ən böyüyü Nyu-Yorkda olub.


Minlərlə etirazçı “Times” meydanından “Muellerin üzərindən əllərinizi çəkin” şüarı ilə “Union” meydanına hərəkət ediblər. Onlar “Konstitusiyanı qoruyun!” “Muelleri qoruyun!” “Trump/Pence getməlidir”, “Tramp hüquqdan artıq deyil” yazılmış plakatlar açıblar.



Bundan başqa, etirazçılar ABŞ-dakı aralıq seçkilərindən sonra keçirilən mətbuat konfransında prezident Donald Trampla mübahisə edən CNN-nin jurnalisti Jim Acostanın “Ağ Ev”ə akkreditasiyasının ləğv olunmasına “Mətbuatı sərbəst buraxın” şüarı ilə etiraz ediblər.



Qeyd edək ki, etirazları şiddətləndirən əsas səbəb daha öncə “Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair” istintaqdan çəkilən ədliyə naziri Jeff Sessionsun Trampın istəyi ilə vəzifəsindən istefa etməsi və onun səlahiyyətlərini müvəqqəti icra edən Matthew Whitakerin istintaqın miqyasının azaldılmasına dair çağırışı olub.



Digər bir amil isə məsələyə dair Trampın tutduğu mövqe hesab olunur. Belə ki, Tramp ötən gün istintaqdan istədiyi zaman imtina edə biləcəyini açıqlayıb: “Bunu etmək istəmirəm. Çünki nəyisə dayandırmağı sevmirəm. Bu istintaq xəcalətvericidir. Fikrimcə, heç başlamamalı idi. Çünki ortada hər hansı bir cinayət yoxdur”.















Kənan Məmmədov
Azvision.az


Teqlər: Tramp   Etiraz   ABŞ  





Xəbər lenti