Trampdan Ərdoğana tərif: “Necə də yaraşıqlısan”

Trampdan Ərdoğana tərif:  “Necə də yaraşıqlısan”
  09 Noyabr 2018    Oxunub:3334
ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Ərdoğan arasında yaxın günlərdə baş tutan telefon danışığının bəzi maraqlı detalları üzə çıxıb.
AzVision.az xəbər verir ki, Tramp telefon danışığı zamanı türkiyəli həmkarını tərifləyib.

“Son zamanlar burada da televizorlar davamlı olaraq səni göstərir. Necə də yaraşıqlısan”, – Tramp Ərdoğana iltifat edib.

Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri arasında yaxın günlərdə telefon danışığı olub. Danışığın səmimi atmosferdə keçdiyi bildirilir. Bu, iki prezident arasında son 20 gün ərzində dördüncü telefon danışığı olub.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Tramp   Ərdoğan  





Xəbər lenti