160 ailəyə mal və materiallar verilib
Mal və materiallarla təmin olunanların böyük əksəriyyəti biznes-planlarına uyğun şəkildə heyvandarlıqla məşğul olmaq üçün iri və kiçikbuynuzlu mal-qara ilə təmin edilib. Həmçinin bir qisminə arıçılıqla məşğul olmaq üçün arı ailələri və lazımi materiallar, avadanlıqlar verilib.
Digər iştirakçılar isə müvafiq materiallar təqdim edilməklə müxtəlif xidmət sahələri üzə kiçik ailə bizneslərini formalaşdırıblar. Yaradılan fərdi təsərrüfatlar ailə əməyinə əsaslanmaqla, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna, öz zəhmətləri ilə gəlirlərini artırmalarına şərait yaradıb.
İşsiz və işaxtaran insanlar, onların ailə üzvləri bu gün ölkəmizdə sosial cəhətdən həssas qrupların həyat şəraitlərinin yaxşılaşdırılması üçün aparılan fəal və ardıcıl dövlət siyasətinə, o cümlədən aztəminatlı ailələrin kiçik təsərrüfatlara və bununla gəlirlərini artırmaq imkanlarına malik olmaları üçün mal-materiallar formasında göstərilən dövlət dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Ümumilikdə, cari il oktyabrın 11-dən proqram çərçivəsində aktivlərin verilməsinə başlanılıb. Ötən bir ay ərzində verilmiş artıq 800-ə yaxın işsiz və işaxtaran şəxsin fərdi təsərrüfatlarının qurulması təmin olunub.
Hazırda bu proses davam etdirilir.
Azvision.az
Teqlər: ƏƏSMN